Tibbi təlim
İyul 3, 2017 2025-02-24 17:14Tibbi təlim
Tibbi təlim
03.07.2017 kollecin metodik kabinetində “Cərrahiyyə”, “Reanimasiya”, “Terapiya” fənn müəllimlərinin iştirakı ilə “İlk Tibbi Yardım” üzrə tibbi təlim kecirildi. Sevindirici haldır ki, tibbi təlimçi kollecimizin “Tibbi profilaktika” şöbəsinin məzunu hal hazırda Medi Club klinikasında paramedik vəzifəsində çalışan Sevindik Şirinov idi. Təlim zamanı bu sahədə olan yeniliklər haqqında məlumatlar verildi, film nümayiş etdirildi və “Ilk tibbi yardım” tədbirləri təlimçi tərəfindən mulyaj üzərində aparılaraq əyani şəkildə göstərildi.