Elmi konfrans “Dağınıq skleroz”
May 23, 2018 2018-05-23 0:00Elmi konfrans “Dağınıq skleroz”
Elmi konfrans “Dağınıq skleroz”
2018.05.23 “Sinir-ruhi xəstəliklər” fənn müəllimləri tərəfindən “Dağınıq skleroz” mövzusuna aid elmi konfrans keçirildi. “Sinir-ruhi xəstəliklər” fənn birləşməsinin sədri T.Nəsibova və fənn müəllimi S.Cəfərova qeyd etdilər ki, dağınıq skleroz xəstəliyi bütün dünyada olduğu kimi, Azərbaycanda da səhiyyənin aktual məsələlərindən biridir. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2012-ci il tarixli, 2542 nömrəli Sərəncamı ilə ölkədə “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair” Dövlət proqramı təsdiq edilmişdir. Daha sonra “Müalicə işi” şöbəsinin II kurs tələbələri xəstəliyin diaqnostikası və müalicəsi haqqında məlumat verdilər, əldə olunan bir sıra nailiyyətlərdən bəhs etdilər. Qeyd etdilər ki, dağınıq skleroz xəstəliyi nevroloji simptomatikalı, mərkəzi və periferik sinir sisteminin çox ocaqlı pozulması ilə müşayiət olunan, proqressivləşən gedişli xroniki xəstəlikdir. Müəllim və tələbələrin çıxışları “Dağınıq skleroz” xəstəliyinə aid foto və video görüntülərlə müşayiət olundu.