Edumall Preloader

Azərbaycan Xalq Cümhuriyyəti 100

Azərbaycan Xalq Cümhuriyyəti 100
Xəbərlər

Azərbaycan Xalq Cümhuriyyəti 100

25.05.2018 tarixdə 2 nömrəli Bakı Baza Tibb Kollecində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə Yasamal Rayon YAP-nın sədri Tağı Əhmədov, M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov, kollecin rəhbərliyi və müəllim-tələbə heyəti iştirak etdilər. Kollecin direktoru Dilarə Məmmədəliyeva giriş sözü ilə tədbiri açdı. Sonra məruzə üçün söz ictimai fənn müəllimi Zaur Qasımova verildi. Yasamal rayon YAP-nın sədri Tağı Əhmədovun ətraflı çıxışından sonra kollecin müəllim və tələbə heyətindən YAP-ın sıralarına namizədlər partiya sıralarına qəbul edildilər. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş film və tələbələrin hazırladığı bədii hissə ilə davam etdi.