Edumall Preloader

ANA SÜDÜ İLƏ QİDALANMA

ANA SÜDÜ İLƏ QİDALANMA
Xəbərlər

ANA SÜDÜ İLƏ QİDALANMA

2 nömrəli Bakı Baza Tibb Kollecində “Uşaq xəstəlikləri” fənn birləşməsi müəllimləri tərəfindən “Ana südü ilə qidalanma” mövzusunda elmi konfrans təşkil olundu.
Tədbirdə müəllim-tələbə heyəti iştirak etdi. Çıxış edən müəllimlər ana südünün faydalarından danışdılar. Qeyd olundu ki, Səhiyyə Nazirliyinin və UNİCEF-in təşəbbüsü ilə hər il oktyabr ayının bir həftəsi ana südü ilə qidalandırma həftəsi kimi qeyd edilir. Məruzəçilərin çıxışları slayd və videoçarxlarla müşaiyət olundu. Konfrans iştirakçılarına mövzu ilə bağlı broşür və flayerlər paylandı.
Sonda “Uşaq xəstəlikləri” fənn birləşməsi müəllimləri tərəfindən hazırlanmış “Pediatriya” adlı dərs vəsaitinin təqdimatı keçirildi.