Edumall Preloader

Tibbi Hüquq

Tibbi Hüquq
Xəbərlər

Tibbi Hüquq

2019.11.25 tarixində Azərbaycan Hüquq elmində yeni bir sahə kimi “Tibbi Hüquq” mövzusunda elmi konfrans keçirildi. Konfrans “Hüququn əsasları” fənnini tədris edən (AMEA-nın İnsan Haqqları və Hüquq İnstitutunun Doktorantı) müəllimi Əsmər Mustafayeva tərəfindən təşkil olunmuşdur.
Konfransı kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq Tibbi hüququn tibb sahəsində önəmini və tələbələrin bu sahədə maarifləndirilməsini vacib olduğunu iştirakçıların nəzərinə çatdırdı.
Konfransda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş hüquqşunası Elxan Əzizov, Azərbaycan İqtisad Universitetinin baş müəllimi hüquq üzrə fəlsəfə doktoru Ərəbiyyə Mustafayeva, Azərbaycan Respublikası Nazirliyi LGBİ Böyük hüquqşunas, BDU-nun Mülki Hüquq kafedrasının doktorantı Aynurə Məmmədzadə qonaq qismində iştirak etdilər.
Elxan Əzizov öz çıxışında “Əhalinin sağlamlığının qorunması” haqqında 26 iyun 1997-ci il tarixli qanuna əsasən, əhalinin sağlamlığının qorunması, onun fəal uzunömürlüyünün artırılması, tibbi yardıma yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusunun vacibliyini söylədi.
Aynurə Məmmədzadə Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş əsas insan hüquqlarından biri kimi hər kəsin sağlamlığının qorunması, Konstitusiyanın 41-ci maddəsində qeyd olunan hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququndan danışdı.
Ərəbiyyə Mustafayeva öz çıxışında tibb işçilərinin öz hüquqları ilə bağlı müddəalar və müxtəlif normativ hüquqi aktlardan bəhs etdi və tibb işçilərinin vəzifə səlahiyyətlərinin normal formada icra etməsini təmin etmək üçün onların həm hüquqlarının, həm də vəzifələrinin qanunvericilik səviyyəsində dəqiq müəyyən edilməsinin zəruriliyini vurğuladı.
Əsmər Mustafayeva Hüquq sisteminin təkmilləşməsinin mühüm istiqamətlərindən biri kimi yeni hüquq institutlarının və hüquq sahələrinin yaranmasını, son dövrlərdə əhalinin sağlamlığının qorunması, tibbi fəaliyyət sahəsində hüquqların dəyişməsini qeyd etdi. Konfrans video-slaydla müşahidə olundu. Sonda yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan konfrans mövzuları barədə qısa məlumat verildi.