Edumall Preloader

2BBTK-də “Tələbənin dostu” layihəsi həyata keçirilir.

2BBTK-də
Xəbərlər

2BBTK-də “Tələbənin dostu” layihəsi həyata keçirilir.

Son zamanlar müəyyən sosial problemlərin çətinliyi gənclər arasında intiharların artmasına səbəb olur. Psixoloqların fikrinə görə gənclərin həyatına son qoymasına səbəb olan faktorlar cəmiyyətdə qarşılaşdıqları neqativ hallar, sosial problemlər, ailə problemləri, həmyaşıdları ilə yaranan konfiliktlərdir.
Gənclər hər hansı bir problemlə üzləşdikdə valideyn onu dinləməyib, diqqət yetirmədikdə o, kimə, hara müraciət edəcəyini bilmir və özünə qapanır. Bunları nəzərə alaraq 2 nömrəli Bakı Baza Tibb kollecində “Tələbənin dostu” layihəsi öz fəaliyyətində tələbələrin psixologiyasına xüsusi önəm verir. Layihə çərçivəsində “Psixoloji yardım xətti” yaratmaq qərara alınmışdır. Kollecin müəllimi psixologiya üzrə fəlsəfə doktoru İlahə Qədirova tərəfindən “Dərd paylaşdıqca azalır” mövzusunda geniş prezentasiya və video çarx nümayiş olunmuşdur.
Tələbələrə kollecin instaqram səhifəsi üzərindən müəllimlər tərəfindən maarifləndirici vebinarlar keçirilmişdir: “Zəfər ilinin gəncləri” Könül Budaqova, “Özümüzü qoruyaq” Vəfa Rəşidova, “Biz nələrdən qorxuruq” Rübabə Quliyeva. Söhbətlər əsnasında gənclərə bütün boşluqlarını dolduracaq həyat fəlsəfəsi, haqq və həqiqətləri, əxlaqı, məntiqi, mühakimə və insanlar arasında səmimiyyət çatdırılır. Tələbələrin çoxsaylı suallarına ətraflı, izahlı cavablar və məsləhətlər verilir.
Kollecin rəhbərliyinin və müəllim heyətinin məqsədi budur ki, müxtəlif yaş qrupunda olan tələbələrə ehtiyac olduğu təqdirdə psixoloji dəstək verilsin, gənclərin ətrafında səmimi, anlayışlı, şəfqətli, suallarını cavablayan və problemlərini həll etməkdə onlara kömək olacaq insanlar olsun.