Edumall Preloader

ƏL YUMA VƏ STERİL ƏLCƏK GEYİNMƏ

ƏL YUMA VƏ STERİL ƏLCƏK GEYİNMƏ
Xəbərlər

ƏL YUMA VƏ STERİL ƏLCƏK GEYİNMƏ

Tibb Universitetləri və Tibb Kollecləri üçün Avropa İttifaqı təşkilatının dəstəyi əsasında “Əl yuma və steril əlcək geyinmə” müsabiqəsi ilə bağlı 26 may 2021-ci il tarixində keçirilən təlim uğurla başa çatıb.
Həqiqətən, qiymətləndirilmək gözəl hissdir və hər bir mükafat insanı sevindirir. Çox qürurverici bir hissdir ki, keçirilən təlimdə Kollecimizin “Mamalıq işi” şöbəsi üzrə 231-ci qrup tələbəsi – Bayramova Firuzə Vüqar qızı II yeri qazandı.
Bundan əlavə olaraq, təlimdə Kollecimiz daxilində şöbələr üzrə də qaliblərin adı açıqlandı – “Əczaçılıq” şöbəsi üzrə 335-ci qrup tələbəsi Lalayeva Aynur Saleh qızı, “Ortopedik stomatologiya” şöbəsi üzrə 131-ci qrup tələbəsi Fərzəliyeva Günel Qurban qızı, “Tibb bacısı işi” şöbəsi üzrə 551-ci qrup tələbələri İsmayılova Şəlalə Vaqif qızı və Həsənova Aysu Ağairza qızı.
Kollecimiz adından təlimi təşkil edən heyətə və Kollecimizin uğurlarına uğur qatan, həmişə adımızı yüksək pillələrdə saxlayan savadlı, fəal tələbələrimizə dərin təşəkkürümüzü bildiririk. Tələbələrimizin hər birini ayrı-ayrılıqda bir daha təbrik edərək, onlara təhsildə uğurlar arzu edirik.
ƏZİZ TƏLƏBƏLƏRIMIZ, BİZ SİZLƏRLƏ QÜRUR DUYURUQ!