Laboratoriya diaqnostikası
Aprel 5, 2022 2022-04-18 15:40Laboratoriya diaqnostikası
“Laboratoriya diaqnostikası” şöbəsi
2 nömrəli Bakı Baza Tibb Kollecində 1975-ci ildən fəaliyyət göstərir.
İxtisas: Feldşer-laborant
Peşə-ixstisas dərəcəsi: Subbakalavr
Təhsil müddəti: 3 il Tam orta təhsil bazasında
İxtisas kodu: 040705
Məzunların peşə fəaliyyəti
“Laboratoriya diaqnostikası” şöbəsinin məzunu müalicə-profilaktika və sanator-kurort müəssisələrinin, tibbi elmi-tədqiqat insitutlarının, GEM, hospital, tibb mərkəzlərinin kliniki, biokimyəvi, bakterioloji, sitoloji, və seroloji laboratoriyalarında fəaliyyət göstərə bilər.
Məzunların peşə fəaliyyətinin əsas istiqamətləri
Feldşer-laborant
Laborant
Tibbi statistik
“Laboratoriya diaqnostikası” şöbəsinin məzunu bilməli və bacarmalıdır
- Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi-normativ aktları;
- Tibbi etika və deontologiyanın əsas prinsiplərini;
- Mikrobiologiyanın əsaslarını;
- Tibb müəssisələrində sanitar-gigiyenik rejimə, aseptika və antiseptika qaydalarına, alətlərin sterilizasiya şərtlərinə riayət etməyi;
- Laborator cihazların və aparatların işlək vəziyyətdə olmasının yoxlanılması;
- Müayinə cihazlarını, həmçinin müasir avtomat, yarımavtomat cihazları işlətməyi;
- Təhlükəsizlik texnikası qaydalarını;
- Laboratoriya sənədlərinin və müayinə blanklarının doldurulmasını;
- Dezinfeksiyaedicilərin xüsusiyyətlərini və onların işlənməsi qaydalarını;
- Boksda işin xüsusiyyətlərini;
- Qoruyucu paltarların istifadəsini;
- Steril işçi geyiminin istifadəsini;
- Bioloji materialı qəbul etməyi və qeydiyyata almağı;
- Yeni laborator müayinə üsullarını;
- Hematoloji, biokimyəvi, mikrobioloji, immunoloji, histoloji laborator müayinələrin aparılmasını;
- Reaktivlərin seçilməsi, saxlanması, hazırlanması və keyfiyyətinin yoxlanılması;
- Ümumi klinik laborator müayinələrin aparılmasını;
- Müayinələrin cavablarının yazılmasını, saxlanılmasını, pasientlərə və şöbələrə çatdırılmasına nəzarət edilməsini;
- İşlənmiş materialın dezinfeksiya və zərərsizləşdirməyi;
- Yoluxucu materialla işləmə qaydasını;
- Bioloji materialın götürülmə üsullarını;
- Dezinfeksiyaedici məhlulları hazırlamağı;
- Qidalı mühitlərin hazırlanmasını;
- Pasientlərdən bioloji materialların götürülməsi, toplanması, daşınması və saxlanması;
- Bioloji materialın laborator müayinəsini həyata keçirməyi;
- Mikrob koloniyasını yetişdirməyi, istifadə olunmuş biloloji materialların atılması və utilizasiyasını;
- Müayinələrin keyfiyyətinə nəzarət etməyi, analizlərin düzgünlüyünü və etibarlılığını təmin etməyi;
- Tibbi sənədləri tərtib etməyi;
- Təxirəsalınmaz vəziyyətlərdə həkiməqədər yardım göstərməyi.
Tədris olunan fənlər
- İnsanın normal anatomiya və fiziologiyası
- Ümumi və xüsusi patologiya
- Farmakologiya reseptura ilə
- Tibbi genetika
- Laborator işlərin texnikası
- Kliniki laborator müayinə üsulları
- Biokimya, biokimyəvi müayinə üsulları ilə
- Mikrobiologiya, mikrobioloji müayinə üsulları ilə
- Tibbi parazitologiya
- Gigiyena sanitar gigiyenik müayinə üsulları ilə
- İlk tibbi yardım
- Histologiya, histoloji müayinə üsulları ilə
- Sitoloji müayinə üsulları
- Analitik kimya
- Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
- Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
- Azərbaycan tarixi
- Xarici dildə işgüzar və akademik kommunikasiya
- Hüququn əsasları
- İnformasiya texnologiyaları