Edumall Preloader

Metodik iş

Metodik iş

Metodik iş

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin tədris-metodik kabineti Respublikada fəaliyyət göstərən tibb kolleclərinə tədris-metodik köməklik göstərən bir bölmədir. Tədris-metodik kabinet 2 nömrəli Bakı Baza Tibb kollecinin mövcud əsasnaməsinə istinad edərək fəaliyyət göstərir.

Kollecdə metodik şura fəaliyyət göstərir. Şuranın tərkibində tədris-tərbiyə işləri üzrə direktor müavini, metodistlər, fənn birləşmə sədrləri və təcrübəli müəllimlər fəaliyyət göstərir. Metodik şura kabinetin iş planını və görülmüş işlərin icra vəziyyətini müəyyən edir, qabaqcıl pedaqoji təcrübəni öyrənir, ümumiləşdirir, onların yayılmasına dair təkliflər verir. Metodik şura fənn proqramlarını müzakirə edir, tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün müvafiq tövsiyyələr hazırlayır, konfranslar, seminarlar və bilik olimpiadalarının keçirilməsini təşkil edir.

Metodik kabinetin vəzifələri:

  • tədris-metodik kabinet Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orta tibb təhsili müəssisələri üçün tədris planları, fənn proqramları, tədris-metodik ədəbiyyatın hazırlanmasını, tədrisin metodikasını təşkil edir. Respublikanın tibb təhsili müəssisələrində tədris-metodik işi koordinasiya edir və onu istiqamətləndirir;
  • tələbələrin bilik səviyyəsini artırmaq üçün təhsilin bütün mərhələlərində tədrisin keyfiyyətini yüksəltmək məqsədilə müvafiq təkliflər hazırlayır;
  • qabaqcıl təcrübəni öyrənir, ümumiləşdirir və yayılmasını təşkil edir;
  • kollecdə çalışan müəllimlərin təkmilləşdirilməsi məqsədilə sistematik olaraq kurslara göndərilmələrini təşkil edir;
  • kollecdə seminar-məşğələlər, elmi-təcrübi konfranslar, tələbələr arasında kolleclərarası və kollecdaxili bilik olimpiadalarının keçirilməsini təşkil edir.

Metodik kabinetdə görülən işlər:

  • Yeni dərs ili üçün kabinetlərə, laboratoriyalara baxış keçirilir və onların tam hazır vəziyyətə gətirilməsinə nəzarət edilir;
  • Fənn birləşmə komissiyalarının, kabinet və laboratoriya müdirlərinin iş planları və hesabatlarının müzakirəsi aparılır, təhlil olunur, tövsiyyələr verilir;
  • Fənn birləşmə komissiyaları tərəfindən hazırlanan mövzu-təqvim planları müzakirə olunuraq təsdiqlənir və müəllimlərə təqdim olunur;
  • Kollecin metodistləri müəllimlərin pedaqoji fəaliyyətinə və yeniliklərin tədris prosesində tətbiq olunmasına nəzarət edir;
  • Kollecin elektron kitabxanası hər il yenilənir, mövzulara aid prezentasiyalar hazırlanır;
  • Fənn birləşmə komissiyalarının iclaslarında klinik protokolların müzakirəsi aparılır;
  • Tədrisə aid aktual məsələlər metodik Şuranın iclaslarında müzakirə olunur;
  • Hər il cədvəl üzrə nəzərdə tutulmuş elmi-təcrübi konfranslar, seminarlar, olimpiadalar və bilik yarışmalarının keçirilməsi təşkil olunur;
  • Kollecin instaqram səhifəsində mütəmadi olaraq tibbi mövzulara aid maraqlı məlumatlar verilir, kollecin müəllimləri canlı yayımla aktual mövzularla cixış edir və sualları cavablandır;
  • Orta tibb işçilərinin peşəkarlıq səviyyəsini yoxlamaq üçün kollec müəllimlərindən ibarət işçi qrup tərəfindən izahlı testlar və situasiya məsələləri tərtib edilib, sertifikasiya mərkəzinə təqdim olunur və mütəmadi olaraq yeni testlər əlavə olunur.

Azərbaycan Respublikasının Təhsil Nazirinin "Orta ixtisas təhsili pilləsinin ixtisasları üzrə təhsil proqramlarının hazırlanması barədə" 27.04.2021-ci il tarixli F-197 nömrəli əmrinə əsasən müasir tələblərə və əmək bazarının ehtiyaclarına cavab verən kompetensiyaəsaslı və tələbəyönümlü təhsil proqramları yenidən işlənib tərtib olundu.

Azərbaycan Respublikasinin Təhsil Nazirinin 17.08.2021-ci il tarixli F-410 nömrəli əmri ilə təsdiq edilmiş "Orta ixtisas təhsil pilləsinin ixtisasları üzrə təhsil proqramı"na əsasən tədris planları, fənn proqramları ixtisaslar üzrə yenidən işlənmiş, təsdiq olunmuş və respublikada fəaliyyət göstərən tibb kolleclərinə göndərilmişdir

Kollecin müəllimləri tərəfindən dərs vəsaitləri hazırlanmış müəllim və tələbələrin istifadəsinə verilmişdir.

Müəllimlər tərəfindən hazırlanmış dərs vəsaitləri:

  • “Mikrobiologiya və mikrobioloji müayinə üsulları” Bakı 2004 (dərs vəsaiti) İbrahimov H., Şükürov A., Orucov Ş., Əhmədova K., İsmayılova L.
  • “Kliniki diaqnostik laborator müayinə üsulları” Bakı 2009 (dərs vəsaiti) Rəsulova Z., Gəfərova G.
  • “İmmunlaşdırma” Bakı 2010 (tədris vəsaiti) Məhərrəmova S., Əkbərova R.
  • “Tibbi parazitologiya” Bakı 2011(tədris vəsaiti) Hacıyev İ., Əliyev M., Bədəlov M.
  • “Diş və ağız boşluğu xəstəlikləri” Bakı 2012 (dərs vəsaiti) Aslanov K., Məmmədəliyeva D., Əliyeva A.
  • “Tibb bacısının işi və vəzifələri” Bakı 2014 (dərs vəsaiti) Süleymanov K.
    “İmmunlaşdırma” - orta tibb işçilərinin diplomdan sonrakı təhsili üzrə müəllimlər üçün tədris vəsaiti (Tematik kurs).
    “İmmunlaşdırma” - orta tibb işçilərinin diplomdan sonrakı təhsili üzrə müdavimlər üçün təlim vəsaiti (Tematik kurs).
    “İmmunlaşdırma” - orta tibb işçilərinin diplomdan sonrakı təhsili üzrə müəllimlər üçün tədris vəsaiti (Təkmilləşdirmə kursu).
  • “İmmunlaşdırma” - orta tibb işçilərinin diplomdan sonrakı təhsili üzrə müdavimlər üçün təlim vəsaiti (Təkmilləşdirmə kursu) Bakı 2015 Əliyeva A., Məmmədəliyeva D. Məhərrəmova S., İmaniyeva T., Əhmədova İ., Vahidova D., Cavadova X., Cəfərova R., Vəliyeva E.
  • “Mamalıq” Bakı 2016 (dərs vəsaiti) Ələsgərova Z., Məmmədova S., Mustafayeva İ., Qədirova İ.
  • “Diş texnikliyi materialşünaslığı” Bakı 2017 (dərs vəsaiti) Cəfərova V., Məmmədəliyeva D.
  • “Ginekologiya Bakı 2017” (dərs vəsaiti) Ələsgərova Z., Mustafayeva İ., Qədirova İ.
  • “Tibbi mikrobiologiya və mikrobioloji müayinə üsulları” Bakı 2017 (dərs vəsaiti) Məmmədəliyeva D., Etibarlı D.
  • “Qeyri infeksion xəstəliklərə dair” Bakı 2017(tədris metodik vəsait) Nəbiyeva T., Məmmədova Z., Mövsümova T., Cəfərova A., Nəsibova T., Mahmudova S., Məmmədova Ü.
  • “Bioloji kimya” Bakı 2018 Quliyeva G.
  • “Pediatriya” Bakı 2019 Quliyeva R., Məlikova Y., Bəhərzalova L., Məmmədəliyeva D.
  • “Histologiya” Bakı 2020 Quliyeva N.
  • “Gigiyena” Bakı 2020 Zəkiyeva M., Əkbərova R.

Xəbərlər

Snapinsta.app_440964305_812714204063654_8492345894865771252_n_1080

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iməclik

2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində …

Snapinsta.app_437566145_18436077976044887_4799986931666658408_n_1080

Görkəmli alim, oftalmoloq- həkim, akademik Zərifə Əliyevanın doğum gününə həsr olunan tədbir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin …

Snapinsta.app_438098239_18435948487044887_7412161347384238582_n_1080

İmmunlaşdırma həftəsi

21-27 aprel 2024-cü il tarixlərində respublikanın şəhər və rayonlarında İmmunlaşdırma …

Snapinsta.app_437557957_18435747304044887_334613443523461216_n_1080

Odlar Yurdu Universitetində “İlk yardım – yeni həyata addım” mövzusunda maarifləndirici təlim

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin …

Snapinsta.app_438118454_18435584923044887_1011195378539156496_n_1080

ADPU-da «İlk yardım – yeni həyata addım» mövzusunda maarifləndirici təlim

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin …

Snapinsta.app_438163183_18435425236044887_7626571085008314602_n_1080

Həmkarlar İttifaqı Komitəsinin hesabat seçki konfransı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci …

Snapinsta.app_434420743_18432949402044887_3715312910455550019_n_1080

Qanvermə aksiyası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin …