Edumall Preloader

ÜST-nın ümumi dəyərləndirmə missiyasının nümayəndə heyəti ilə görüş

52dfa557-01f7-475f-b091-4270ea533652
Xəbərlər

ÜST-nın ümumi dəyərləndirmə missiyasının nümayəndə heyəti ilə görüş

20 sentyabr 2022-ci il tarixində ÜST-nın ümumi dəyərləndirmə missiyasının nümayəndə heyəti və 2 nömrəli Bakı Baza Tibb kollecinin rəhbərliyi arasında görüş keçirildi.

Qonaqlar kollecin simulyasion – təlim, Təməl Həyat Dəstəyinin təlim mərkəzləri ilə taniş oldular.

Dəyirmi masa arxasında kollecin direktoru Dilarə Məmmədəliyeva kollecin fəaliyyəti, orta tibb kadrlarının hazırlanması və qarşıda duran məsələlər haqqında məlumat verdi.

Azərbaycanda Səhiyyə sisteminin gücləndirilməsi və universal tibbi təminata nail olunması haqqında işgüzar məsələlər müzakirə olundu.