Edumall Preloader

Anım Günü

IMG-0421
Xəbərlər

Anım Günü

27 sentyabr 2022-ci il tarixdə kollecdə  44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən şəhidlərinin Anım Günü qeyd olundu. Əsgər və qazi tələbələrimizin, müəllim və tələbə heytəinin iştirak etdiyi tədbirin əvvəlində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kollecin tarix müəllimi Zaur Qasımovun 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında sıx birləşən Azərbaycan xalqının, misilsiz qəhrəmanlıq göstərən igid oğul və qızlarımızın, geri qaytardığımız hər qarış torpaq uğrunda canından keçən şəhidlərimizin, şəhid əməkdaşımız Mürsəl Kazımlının haqqında əhatəli məruzəsindən sonra müharibə iştirakçısı olan tələbələrimiz döyüş günləri ilə bağlı təəssüratlarını paylaşdılar. 27 sentyabr Anım Günü tədbiri kollecin tələbələri tərəfindən hazırlanmış “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı ədəbi-bədii kompozisiya ilə davam etdi.