Edumall Preloader

Şuşa ili

IMG_20221017_164837
Xəbərlər

Şuşa ili

Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Cənab İlham Əliyev respublkamızda 2022-ci ili “Şuşa ili”elan etmişdir. Bununla əlaqədar nəzərdə tutulan silsilə

tədbirlər çərçivəsində 2 nömrəli Bakı Baza Tibb Kollecində də tədbirlər planı hazırlanıb həyata keçirilir.

17.10.2022-ci il tarixdə keçirilən “Şuşa ili” ilə bağlı tədbirdə kollecin müəllim-tələbə heyəti iştirak etdi. Tədbirin əvvəlində ərazi bütövlüyümüz və azadlığımız uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra kollecin müəllimi A.Əliyeva  Qarabağın tacı olan Şuşanın xalqımız üçün müqəddəs və əvəzedilməz məkan olduğu haqqında məruzə ilə çıxış edərək, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq gözəl Şuşamızın nəinki Azərbaycanın, habelə bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rolundan danışdı.