Edumall Preloader

Zəfər bayramı

DSC_7107
Xəbərlər

Zəfər bayramı

03.11.2022-ci il tarixində 2 nömrəli Bakı Baza Tibb kollecində “Zəfər Günü”nə həsr edilmiş tədbir keçirildi.

Tədbirdə Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatının sədri B.Nəbiyev, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədr müavini E.Mustafayeva, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "İnsan resursları" şöbəsinin mütəxəssisi T.Əhmədova, Respublika Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Təşkilat Komitəsinin müdiri E.Muradova, kollecin əməkdaşı şəhid Mürsəl Kazımlının valideyinləri, kollecin qazi və əsgər tələbələri, müəllim-tələbə heyəti iştirak etdilər.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirdikdən sonra ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kollecin direktoru D.Məmmədəliyeva “Zəfər Günü” münasibətilə iştirakçıları təbrik edərək qeyd etdi ki, biz bu şanlı qələbəni Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və müzəffər Azərbaycan ordusunun rəşadəti sayəsində qazanmışıq. K.Kazımlı çıxışında oğlu şəhid M.Kazımlının xatirəsini əziz tutub ailəsini daima diqqət əhatəsində saxlayan kollec rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi. Tədbir tələbələrin hazırladığı “Zəfər-44 bayramı” proqramı ilə davam etdi.

Kollecin foyesində  tələbələrin əl işlərindən ibarət “Zəfər Günü”nə həsr olunmuş sərgi nümayiş etdirildi.