Edumall Preloader

Ortopedik stomatologiya

1
Xəbərlər

Ortopedik stomatologiya

2022-ci tədris ilində 2 nömrəli Bakı Baza Tibb kollecinin “Ortopedik stomatologiya” şöbəsinin müəllimi -  Ülviyyə Nizami qızı Bağırova tərəfindən “Sadə və kombinəedilmiş bügel protezləri” adlı dərs vəsaiti hazırlanmışdır. 
Məlumdur ki, stomatologiya sahəsinin peşəkar və savadlı diş texniklərinə ehtiyacı olduqca böyükdür. Müəllif tərəfindən kitabda ortopedik stomatologiya təhsili alan tələbələrə və müdavimlərə hissəvi çıxan protezlərdən olan, əsası metal karkaslı, estetik, kip fiksasiya vasitəli, müasir tələblərə cavab verən bügel protezlərin hazırlanma texnologiyası mərhələlərlə izah olunur. Bu mərhələlərdə istifadə olunan alət, aparat və avandanlıqlar haqqında müəllif ətraflı məlumat vermişdir.
Tədris vəsaiti tibb kolleclərinin müəllimləri, tələbələri, diş texnikləri üçün nəzərdə tutulmuşdur.