12.12.2022-ci il tarixdə 2 nömrəli Bakı Baza Tibb kollecində Ulu öndər, Ümumimilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. Müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın əbədiyaşar milli və siyasi lideri Heydər Əliyevin həyatı, fəaliyyəti haqqında videoçarx nümayiş etdirildi, daha sonra Ərazi Partiya Təşkilatının sədri G. Quluzadə görkəmli şəxsiyyətin siyasi kursu və gənclərə əmanət etdiyi müasir Azərbaycan məfkurəsi haqqında məruzə etdi. Tədbir tələbələrin hazırladıqları şeir və musiqi nömrələri ilə davam etdi.