Edumall Preloader

ÜST ekspert-nümayəndə heyəti ilə görüş

IMG-3624
Xəbərlər

ÜST ekspert-nümayəndə heyəti ilə görüş

16.12.2022-ci il tarixində Ümumdünya Səhiyyə Təşkilatının ekspert-nümayəndə tərkibi ilə 2 nömrəli Bakı Baza Tibb kollecinin müəllim-tələbə heyəti arasında görüş keçirildi.

Kollecin direktoru Dilarə Məmmədəliyeva qonaqları simulyasiya və təlim mərkəzləri, təcrübə otaqları ilə yaxından taniş etdi.

Dəyirmi masa arxasında ÜST-ün nümayəndə heyətinin üzvləri Margarieta Langins, Shoshy Goldberg, Nilufər Demiral, Gülsen Topaktaş, Gülbin Konakçı, Ummahan Jucel, Fatma Vural kollecin bir qrup müəllimi ilə orta tibb işçilərinin səhiyyədə aparıcı rolu və onların təcrübi vərdişlərinin təkmilləşdirilməsi haqqında fikir mübadiləsi apardılar.

Daha sonra qonaqlar kollecin akt zalında “Tibb bacısı (qardaşı) işi” və “Mamalıq işi” şöbələrinin tələbələri ilə görüş keçirdilər, onları maraqlandıran sualları cavablandırdılar. Məruzəçilər çıxışlarında bu  peşələrin vacibliyini vurğulayaraq gələcəyin orta tibb işçilərinə müvəffəqiyyətlər arzuladılar.