03.03.2023-cü il tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar təşkil olunan dəyirmi masada kollecin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak etdilər. Tədbir ictimai fənn müəllimləri Zaur Qasımovun, Əsmər Mustafayevanın, Afaq İsmayılovanın Ümumilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə bağlı ətraflı məruzələri ilə davam etdi. Sonda kollecin direktoru Dilarə xanım Məmmədəliyeva “Heydər Əliyev ili” çərçivəsində həyata keçirilən belə tədbirlərin gənclərimizin və gələcək nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətini vurğuladı.