Edumall Preloader

Azərbaycan Təbabəti Muzeyinə ekskursiya

Snapinsta.app_1080_324703679_534348715259102_4148129606150101424_n
Xəbərlər

Azərbaycan Təbabəti Muzeyinə ekskursiya

03.03.2023-cü il tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecinin bir qrup müəllim və tələbə heyəti Azərbaycan Təbabəti Muzeyinə ekskursiyaya gediblər. Maarifləndirici məqsəd daşıyan bu ekskursiyada tələbələr tibb elminin tarixi, təbabətin inkişafında müstəsna rolu olan görkəmli alimlərin fəaliyyəti, XVIII-XX əsrlərdə istifadə edilən tibbi avadanlıqlar barədə məlumatlandırılıblar. Müzeydə Ulu Öndər Heydər Əliyevə həsr olunan guşə, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında səhiyyə sahəsində görülən işlərdən bəhs edən guşə tələbələrin marağına səbəb olub.