29 mart 2023-cü il tarixində 2 nömrəli Bakı Baza Tibb kollecinin akt zalında Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində növbəti təşkil olunan tədbirdə kollecin müəllim və tələbə heyəti iştirak etdilər.
Tədbirdə "Anatomiya" fənn komissiyasının sədri Arzu Əliyeva "Heydər Əliyevin həyat və fəaliyyəti", "Mamalıq" fənn komissiyasının sədri Safuraxanım Muxtarova "Heydər Əliyevin səhiyyədə nailiyyətləri" mövzusunda çıxış etdilər. Tələbələrdən Mehdiyeva Rəna və Xanızadə Solmaz Ulu Öndərə həsr ediımiş şer söylədilər.
Sonda tələbə - Bayramova Röyanın Ümummilli Lider - Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı hazırladığı video çarx nümayiş etdirildi.