“Liv Bona Dea” Hospitalının əməkdaşları tərəfindən "Hamilə məktəbi" proqramı çərçivəsində təşkil olunmuş "Mamalıq həftəsi" tədbirində 2 nömrəli Bakı Baza Tibb kollecinin "Mamalıq işi" şöbəsinin 251-ci qrup tələbələri iştirak etdilər. Təlimdə hospitalın əməkdaşları müxtəlif maraqlı mövzularla geniş məruzə ilə çıxış etdilər. Tədbir iştirakçıların suallarına cavab ilə sona çatdı.