16 iyun 2023-cü il tarixində 2 nömrəli Bakı Baza Tibb kollecinin “Mamalıq işi” şöbəsinin tələbələrinin iştirakı ilə “Azərbaycanda kişilərin antenatal qayğı və uşaq baxımına cəlb edilməsi üzrə tibb işçiləri üçün gender transformativ proqram” layihəsi üzrə təlim keçirildi.
Proqram mövzusu üzrə ADHTİ pediatriya kafedrasının dosenti t.ü.f.d. Nigar Hacıyeva, TƏBİB Ana və uşaq sağlamlığı şöbəsinin baş məsləhətçisi Hicran Kazımova, Səhiyyə Nazirliyi İSİM Təlim resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva, “Ümidli Gələcək” ictimai birliyinin direktoru Kəmalə Aşumova və BMT Əhali Fondu layihələr üzrə koordinatoru Səbinə Manafova geniş və məzmunlu çıxış etdilər.
“Mamalıq işi” şöbəsinin tələbələri layihə ilə bağlı müzakirələrdə aktiv iştirak etdilər.