Edumall Preloader

Abiturientlər

Abiturientlər

2 nömrəli Bakı Baza Tibb kollecinə qəbul olunmuş şəxslər qeydiyyatdan keçmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər;

  • Tam orta təhsil (11 illik təhsil bazasından) haqqında sənədin əsli;
  • Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə – 2 ədəd ;
  • Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
  • Doğum haqqında şəhadətnamənin surəti;
  • Yaşayış yerindən arayış (qeydiyyatda olduğu ünvan);
  • Tibbi arayış (Forma-086);
  • Təhsil haqqının ödəməsini təsdiq edən qəbz (ödənişli təhsil alacaq tələbələr üçün).

Qeydiyyat zamanı tələbənin iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN) özündə olmalıdır. Bu sənədləri təqdim etməklə abiturient mütləq elektron qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçməmək abiturientin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.

Bu kateqoriyadan olan tələbələr təhsil haqqından azaddır:

Məcburi köçkün statusu olan tələbələr:

Tələb olunan sənədlər:

  • Direktorun adına ərizə;
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • “Məcburi köçkün” statusunu əks etdirən sənədin (tələbənin) notarial qaydada təsdiq olunmuş surəti;
  • Ailə tərkibi haqqında arayış.

Şəhid ailəsinin üzvü olan tələbələr:

Tələb olunan sənədlər:

  • Direktorun adına ərizə;
  • Şəxsiyyət vəsiqəsi;
  • “Şəhid” statusu barədə sənəd;
  • Tələbənin doğum haqqında şəhadətnaməsi;
  • Şəhidin ölüm haqqında şəhadətnaməsi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:

Tələb olunan sənədlər:

  • Direktorun adına ərizə;
  • Şəxsiyyət vəsiqəsi;
  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşın əlilliyi barədə (TSEK-in arayışı) sənədin surəti;
  • Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxsin ölüm haqqında şəhadətnaməsinin notaial qaydada təsdiq olunmuş surəti;
  • Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən şəxs barədə sənədin notarial qaydada təsdiq olunmuş surəti;
  • Ailə tərkibi haqqında arayış.

Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan abituriyentlər

Tələb olunan sənədlər:

  • Direktorun adına ərizə;
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Vəfat etmiş valideynin ölüm şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti – 2 ədəd;
  • Bir valideyni vəfat etmiş digər valideynin I və II qrup əlil olan şəxsin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunan arayış (TSEK);
  • Ailə tərkibi haqqında arayış.

I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar

Tələb olunan sənədlər:

  • Direktorun adına ərizə;
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • I və II qrup əlilliyi olan tələbələrin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunmuş arayış (TSEK);
  • Ailə tərkibi haqqında arayış.