Açıq qapı Günü
Yanvar 12, 2024 2025-02-24 17:13Açıq qapı Günü
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində 11 yanvar tarixində 2023/2024-cü tədris ili üzrə keçirilən payız imtahan sessiyasını izləmək üçün “Açıq qapı günü” təşkil olunub. “Açıq qapı günü”ndə tələbələrin valideynləri iştirak ediblər.
Artıq 2013/2014-cü tədris ilinin payız sessiyasından başlayaraq imtahanlar kollecdə yaradılan “Virtual Test Mərkəzində” (VTM) keçirilir. İmtahanlar keçirilən zalda kompüterlər qurlaşdırılaraq, lokal şəbəkədə birləşdirilib, ümumi server vasitəsilə idarə edilir. Kompüter zalında yerləşdirilən xüsusi veb-kameralar vasitəsilə imtahan prosesinin video yazılışı aparılır. VTM-də imtahanların mütəşəkkil keçirilməsi məqsədi ilə tələbələr üçün xüsusi qaydalar və təlimatlar hazırlanıb. İmtahan prosesində tələbə monitorda gördüyü sualın cavabını daxil edir və imtahanın sonunda operativ olaraq topladığı balı öyrənir.
İmtahan sessiyası dövründə kollecin rəhbərliyi zəruriyyət yarandıqda tələbə, valideyn və ictimaiyyətin nümayəndələrini qəbul edir, təklif, problemlər və digər məsələlər obyektiv və operativ şəkildə öz həllini tapır. Payız imtahan sessiyası fevralın 2-də yekunlaşacaq.
Son xəbərlər
Bayram ziyarəti
Aprel 3, 202531 Mart – Azərbaycanlıların Soyqırımı Günü
Aprel 3, 2025Novruz Bayramı
Aprel 3, 2025Axtarış