Edumall Preloader

Akademik Zərifə Əliyevanın 99 doğum günü

IMG_5757
Xəbərlər

Akademik Zərifə Əliyevanın 99 doğum günü

28.04.2022-ci il tarixində oftalmoloq-alim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik, Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk alim-oftalmoloq Zərifə Əliyevanın 99-cu yaş günü qeyd edildi. Tədbirdə Göz Xəstəlikləri fənn müəllimi Aynur Səfixanova çıxış etdi, sonra Zərifə xanımın həyat və yaradıcılığına həsr olunmuş videoçarxa baxıldı. Zərifə xanımın vaxtsız dünyasını dəyişməsi Azərbaycan elminin, mədəniyyətinin itkisi, musiqinin bir notunun susması idi. Xalq şairi Bəxtiyar Vahabzadə Zərifə xanımın ölümünə həsr etdiyi şe’rdə deyirdi: “Bu bahar günündə yağmurlu göy dəBu gün için-için qan ağlayırdı.Sənin matəminə Üzeyir bəy də “Sənsiz”in dili ilə yas saxlayırdı”O, bizim dünyamızda qalan, xatirəsi əbədi yaşayan bir insan ömrü yaşadı.