Edumall Preloader

Anım Günü

IMG-6044
Xəbərlər

Anım Günü

Səhiyyə Nazirliyi 2 nomrəli Bakı Baza Tibb Kollecində 27 Sentyabr 2023-cü il tarixində “Anım günü” ilə bağlı tədbir keçirilib. Tədbirdə kollecin müəllim-tələbə heyəti iştirak edib. Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan anım günündə ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra kollecin direktoru Dilarə Məmmədəliyeva çıxış edərək Azərbaycanın azadlığı, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən igid oğullarımıza, qəhrəman qazi və əsgərlərimizə daima borclu olduğumuzu bildirib. Həmçinin, Birinci Qarabağ müharibəsi şəhidləri olan kollecin tələbələri Ağayev Nazim Ziyad oğlunun, Nadirov Aslan Tarıverdi oğlunun, 44 günlük müharibədə qəhramancasına şəhid olmuş əməkdaşlar Mürsəl Kazımlının əziz xatirələrini böyük qürur, fəxarət hissi ilə yad edilib, Müzəffər liderimiz İlham Əliyevin parlaq siyasətinin hər zaman dəstəkləndiyi vurğulanıb. “İctmai elmlərin əsasları” fənn birləşməsinin müəllimi Zaur Qasımov Birinci Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi, bu ilin sentyabr ayında başlanmış lokal antiterror tədbirləri haqqında çixiş edərək Ali Baş komandan İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti nəticəsində əldə etdilən uğurlardan danışıb, bu uğuru bizə yaşadan şəhidlərimiz, qazi və əsgərlərimizlə fəxr etdiyimiz bildirib. Tədbir tələbələrin iştirakı ilə hazırlanmış bədii kompozisiyalar və vətənpərvər musiqilərlə davam edib. Sonda tədbir iştirakçıları kollecin şəhidlərinə həsr edilmiş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.