Edumall Preloader

Anım Günü

Snapinsta.app_461208947_4007400009546244_992581838559453480_n_1080
Fotoqalereya Xəbərlər

Anım Günü

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində 27 sentyabr 2024-cü il tarixində Anım günü ilə bağlı tədbir keçirilib. Tədbirdə kollecin müəllim-tələbə heyəti iştirak edib. Azərbaycan Respublikasının dövlət himni ilə başlayan anım günündə ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Birinci Qarabağ müharibəsi şəhidləri olan kollecimizin tələbələri Nazim Ağayev, Aslan Nadirov və 44 günlük müharibədə şəhid olan əməkdaşımız Mürsəl Kazımlının əziz xatirələri böyük qürur, fəxarət hissi ilə yad edilib.
Tədbir iştirakçıları Birinci Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi, antiterror tədbirləri haqqında çıxış edərək, Ali Baş komandan İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti nəticəsində əldə edilən uğurlardan danışıb, bu uğuru bizə yaşadan şəhidlərimiz, qazi və əsgərlərimizlə fəxr etdiklərini bildirib. Müzəffər liderimiz İlham Əliyevin parlaq siyasətinin hər zaman dəstəkləndiyi vurğulanıb.
Tədbir kollecin Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə hazırlanan bədii kompozisiyalar və vətənpərvər musiqilərlə davam edib. Sonda tədbir iştirakçıları kollecin unudulmaz şəhidlərinə həsr edilən xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.