Edumall Preloader

Autizm Mərkəzi

IMG_5856
Xəbərlər

Autizm Mərkəzi

“Beynəlxalq Autizm Maarifləndirmə” ayı çərçivəsində aprelin 29-da 2 nömrəli Bakı Baza Tibb kollecinin bir qrup müəllim və tələbə heyəti Birgə və Sağlam İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzini ziyarət etdilər. Burada autizm sindromlu yeniyetmələrin xidmət etdiyi ”Kashalata” kafe-atelyesində mərkəzin üzvü Kənan Məmmədov bizə pianinoda gözəl mahnılar ifa etdi. Eyni zamanda ölkəmizin autizm simalarından biri olan Həmzə Paşanın təlim prosesinə baxdıq, onun “Həmzə Paşa” keksi ilə tanış olduq. Kafenın digər üzvü Nüsrət Bağırov bizə yüksək səviyyədə xidmət göstərdi. Həmçinin mərkəzin üzvlərinin çəkdikləri rəsm əsərlərilə tanış olduq.

Gözəl qonaqpərvərlik,səmimi söhbət, xoş əhval-ruhiyyə üçün Autizm Mərkəzi “Kashalata” kafe-atelyesinə təşəkkür edirik.

Son xəbərlər

5278325880222590427
Fotoqalereya
Seminar
IMG_6577.JPG
Fotoqalereya
Kollecin fəalları
WhatsApp Image 2026-06-02 at 11.18.02
Fotoqalereya
İmtahan sessiyası