Edumall Preloader

“AVROMED” MMC-yə ekskursiya

Snapinsta.app_351397408_1272836986952167_1711337290319789877_n_1080
Xəbərlər

“AVROMED” MMC-yə ekskursiya

24 may 2023-cü il tarixində 2 nömrəli Bakı Baza Tibb kollecinin tələbələri “AVROMED” MMC-yə ekskursiyaya getmişdirlər.

Tələbələr “AVROMED” MMC-nin Binə filialının anbarı ilə tanış oldular. Anbarda dərman preparatları və parafarmaseptik malların qəbulu, saxlanılma qaydaları haqqında geniş və ətraflı məlumat aldılar. Əməliyyat otaqları ilə tanış olmaqla yanaşı komputerdə sifarişlərin qəbulu və 1C proqramı barədə məlumatlandırıldılar. Apteklərdən sifariş olunan preparatlara qaimələrin yazılması prosesi tələbələrin çox böyük marağına səbəb oldu.