Azərbaycan könüllüləri baş verən zəlzələdən zərərçəkmiş şəxslərə kömək etmək məqsədi ilə qardaş Türkiyəyə yola düşüblər. Könüllülərimiz öz türkiyəli həmkarları ilə zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlar üçün çadırların qurulması, yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində iştirak edirlər. Onların arasında kollecimizin tələbəsi də var. Sizlərlə qürur duyuruq Azərbaycan Könüllüləri!