Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kolleci THİK-si hesabat-seçki konfrans.
Konfransda SİHİRK-nin birinci müavini Elnarə Muradova iştirak edib. THİK-nin sədri Nəzakət Balaqadaşova 2017-2024-cü illər üzrə THİK-nin gördüyü işlər barədə danışaraq, konfrans iştirakçılarına hesabat verib. Bununla yanaşı olaraq aktiv tələbələr də çıxış edərək THİK-nin işini yüksək qiymətləndirib. Məruzə və çıxışlar nəzərə alınaraq THİK-nin hesabat dövrü ərzində gördüyü işlər qənaətbəxş hesab olundu və Nəzakət Balaqadaşova yenidən THİK-nin sədri seçildi.