Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin Əczaçılıq şöbəsinin müəllim və tələbələri Liv Bona Dea Hospital-da keçirilən “Azərbaycanda Klinik Əczaçılığın İnkişafı” proqramında iştirak ediblər.
Proqram çərçivəsində kliniki əczaçılığın səhiyyə sistemində rolu, bu sahədə müasir yanaşmalar, multidisiplinar əməkdaşlığın əhəmiyyəti və pasiyent təhlükəsizliyinin artırılması kimi aktual mövzular müzakirə olunub.
Tədbirin sonunda proqramda fəal iştirak edən tələbələr sertifikatlarla təltif ediliblər.