Bacarıqlı əllər
Yanvar 10, 2025 2025-01-31 14:10Bacarıqlı əllər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində tələbələrin peşəkar təhsillə yanaşı öz yaradıcılıq və texnoloji bacarıqlarını inkişaf etdirməsi üçün hər cür şərait yaradılıb. Bu, onların gələcək peşəkar fəaliyyətlərində böyük üstünlüklər qazanmasına kömək edir.
“Ortopedik stomatologiya” şöbəsinin tələbələri peşəkar hazırlıqlarının bir hissəsi kimi müxtəlif konstruksiyalı protezlərin hazırlanması ilə məşğul olurlar. Bu iş tələbələrin hamısından yaradıcı yanaşma tələb edir. “Ortopedik stomatologiya” şöbəsinin tələbəsi Tağıyev Yusifin hazırladığı işlər dəqiqlik və yaradıcılıq baxımından daha da fərqlənir. Tələbəmiz eyni zamanda, 3D printerdə işləmək bacarığını da ustalıqla tətbiq edir. Yusif bu texnologiyadan istifadə edərək insan və kəllə skeleti modellərini hazırlamış və onları təhsil aldığı şöbəyə əyani vəsait kimi hədiyyə etmişdir. Yusif öz nailiyyətləri ilə də fərqlənir. O, “Ortopedik stomatologiya” şöbələrinin tələbələri arasında keçirilən Respublikada olimpiadalarında iştirak edərək, iki dəfə sertifikat qazanmışdır. Belə tələbələrimiz öz kreativ ideyalarını reallığa çevirməklə həm təhsil aldıqları sahəyə, həm də gələcək peşələrinə böyük töhfələr verirlər. Bu yolda tələbəmizə uğurlar diləyirik!
Son xəbərlər
Təcrübi bacarıqlar üzrə İlin Ən Yaxşı Qrupu
Yanvar 30, 2025Təlimçilər üçün Təlim (ToT)
Yanvar 28, 2025Şəhidlər Xiyabanı
Yanvar 21, 2025Axtarış