Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Bu il çərçivəsində istifadəyə yararsız elektrik batareyalarının toplanması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində “Batareyaları təhvil ver, təbiəti qoru!” aksiyasına start verilib.
İşlənmiş batareyalar kollec tərəfindən ayrılan qutuya toplanaraq «Təhlükəli Tullantılar» Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil veriləcək. Kollec rəhbərliyi kollecin hər bir tələbəsini və əməkdaşını bu ekoloji aksiyada fəal iştirak etməyə, təbiəti çirkləndirməməyə səsləyir!