Edumall Preloader

Beynəlxalq əməkdaşlıqda tələbələrin uğurları

20250107_103540
Fotoqalereya Xəbərlər

Beynəlxalq əməkdaşlıqda tələbələrin uğurları

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kolleci beynəlxalq əlaqələrini genişləndirir. Qazaxıstan Respublikası Türkistan Ali Tibb Kolleci ilə əməkdaşlıq çərçivəsində Türkistan Ali Tibb Kolleci tərəfindən tələbələr üçün təşkil olunan beynəlxalq elmi-praktik konfransa kollecin “Tibb bacısı (qardaşı) işi” şöbəsinin tələbəsi Hüseynova Arzu qatılıb. Konfrans çərçivəsində tələbəmiz yarışmaya qatılaraq, uğurla çıxış edib və Birinci Dərəcəli Diplomla təltif olunub.

Türkiyə Respublikasının Ege Universiteti ilə əməkdaşlıq çərçivəsində “Mamalıq işi” şöbəsinin tələbəsi Günay İmanova Ege Universiteti Sağlamlıq Elmləri Fakültəsinin tələbələri tərəfindən təşkil edilən simpoziuma “Kollecdə mamalıq təhsili - tələbələrin gözü ilə” adlı videoçarxla qatılıb. Videoçarx simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb və G.İmanova Ege Universiteti Sağlamlıq Elmləri Fakültəsi tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.

Tələbələrimizin uğurlarına sevinir və müvəffəqiyyətlər diləyirik!