Beynəlxalq Tibb Bacısı günü
May 12, 2017 2017-05-12 0:00Beynəlxalq Tibb Bacısı günü
Beynəlxalq Tibb Bacısı günü
12.05.2017-ci il tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecinin akt zalında Beynəlxalq Tibb bacısı və Beynəlxalq Talassemiya gününə həsr olunmuş tədbir keçirildi.
Tədbiri kollecin direktoru t.e.n. Dilarə Məmmədəliyeva açaraq Tibb bacısı ixtisasının məsuliyyətli peşə olduğunu söylədi və şərəflə bu adı daşımağı daim vətəndaşların sağlamlığının keşiyində durmağı tövsiyə etdi. Sonra Qızıl Aypara cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq proqramı”nın koordinatoru Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşmə institutunun Pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova iştirak edərək. “Tibb bacısının ixtisasının yaranması, təşkili və inkişafı” mövzusunda mühazirə oxudu. Mövzu ilə bağlı sənədli film nümayiş olundu. Daha sonra Qızıl Aypara cəmiyyətinin Yasamal bölməsinin sədri Şahin Hüseynov çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi.
Tədbirin ikinci hissəsində “Talassemiyasız həyat” adlı Elmi – praktiki konfransda “Uşaq xəstəlikləri” fənn müəllimi Könül Veysova irsi xəstəlik haqqında tələbələrin qarşısında mühazirə ilə çıxış etdi. “Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı” nın həyata keçirilməsi (Dövlət Proqramı talassemiyanın profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsinə və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib), talassemiyalı xəstələrə göstərilən tibbi xidmət, donor qanı ilə xəstələrin təminatı haqqında məlumat verdi. Mövzu ilə bağlı slayd şou və video çarxlar göstərildi.