Edumall Preloader

Beynəlxalq Tibb Bacısı Günü

Beynəlxalq Tibb Bacısı Günü
Xəbərlər

Beynəlxalq Tibb Bacısı Günü

14.05.2018-ci il tarixində 2 nömrəli Bakı Baza Tibb kollecində Beynəlxalq Tibb Bacısı Günü münasibəti ilə tədbir keçirildi. Tədbir kollecin “Müalicə işi” şöbəsinin tələbələri tərəfindən hazırlanmışdır. Giriş sözü ilə kollecin direktoru t.e.n. Dilarə Məmmədəliyeva çıxış edərək tibb bacısı peşəsinin yaranma tarixindən, mənəvi və peşə xüsusiyyətlərindən bəhs etdi, gələcək tibb bacılarına tövsiyyələr verdi.
Tələbələr tərəfindən çıxışlar edildi, tibbi yardımı əks etdirən səhnəcik göstərildi, tibb bacılarına həsr olunmuş mahnı səsləndi. Tədbirin sonunda Azərbaycan dövlətinin səhiyyəyə, tibb bacılarına, ümumiyyətlə tibb işçilərinə göstərdiyi qayğıya görə Dövlət başçısına təşəkkür edildi.