Beynəlxalq Tibb Bacısı Günü
May 13, 2019 2019-05-13 0:00Beynəlxalq Tibb Bacısı Günü
Beynəlxalq Tibb Bacısı Günü
13.05.2019-cu il tarixində Beynəlxalq Tibb Bacısı Günü münasibəti ilə tədbir keçirildi. Kollecin “Terapiya” fənn birləşmə sədri Təravət Nəbiyeva “Tibb bacısının ixtisasının yaranması, təşkili və inkişafı” mövzusunda mühazirə oxudu. Çıxış video və slaydlarla müşayiət olunurdu.
Sonra Qızıl Aypara cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq proqramı”nın koordinatoru Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşmə institutunun Pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova tibb bacısı ixtisasının mənəvi və peşə xüsusiyyətlərindən bəhs etdi.
Kollecin direktoru Dilarə Məmmədəliyeva “Tibb bacısı” ixtisasının məsuliyyətli peşə olduğunu vurğuladı və şərəflə bu adı daşımağı, daim vətəndaşların sağlamlığının keşiyində durmağı tövsiyyə etdi.
Tədbirin sonunda Azərbaycan dövlətinin səhiyyəyə və tibb işçilərinə göstərdiyi qayğıya görə Dövlət başçısına təşəkkür edildi.