BİLİK YARIŞMASI
Dekabr 6, 2018 2025-02-24 17:14BİLİK YARIŞMASI
BİLİK YARIŞMASI
2018.12.06 2 nömrəli Bakı Baza Tibb Kollecinin “Əczaçılıq” şöbəsinin II kurs tələbələri arasında “Dərman Formalarının Texnologiyası” fənni üzrə təcrübi bilik yarışması keçirildi. Yarışda hər biri 5 nəfərdən ibarət iki komanda iştirak etdi. Münsiflər heyəti yarışda reseptlərə uyğun toz və maye şəkilli dərman preparatlarının hazırlanmasına görə komandalara müvafiq ballar verdi.
Yarışın sonunda I yerə layiq görülən komandanın üzvlərinə sertifikat, qiymətli hədiyyələr, digər komandanın üzvlərinə və interaktiv oyunda fərqlənən tələbələrə hədiyyələr təqdim olundu. Tədbir musiqili-bədii kompozisiya ilə başa çatdı.