Çimərlik mövsümünün başlanması ərəfəsində təmizlik təşəbbüsü!
IDEA İctimai Birliyinin təşəbbüsü ilə Bilgəh ictimai çimərliyində “Sahillər təmiz qalsın!” şüarı altında sahilyanı təmizlik aksiyası həyata keçirildi
Aksiyada Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin bir qrup fəal tələbəsi də iştirak etdi. Tədbir zamanı sahildən təxminən 2 ton tullantı toplanaraq Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verildi.