Edumall Preloader

Çıxan protezlərin köhnə və yeni alternativlərinin keyfiyyəti

407771535_18406292200044887_3427698447591742850_n
Xəbərlər

Çıxan protezlərin köhnə və yeni alternativlərinin keyfiyyəti

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində ulu öndər Heydər Əliyev ili çərçivəsində 27 noyabr 2023-cü il tarixində “Çıxan protezlərin köhnə və yeni alternativlərinin keyfiyyəti” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Konfransda protezlərin müsbət və mənfi tərəflərindən bəhs olunub. Yeni nəsil protezlərdən (implant dəstəkli çıxan protezlərdən) geniş məlumat verilib. Konfransda Azərbaycan Tibb Universiteti “Terapevtik stomatologiya” kafedrasının müəllimi, Beynəlxalq İmplantologiya Cəmiyyətinin üzvü, tibb elmləri üzrə fəlsəfə doktoru Dilqəm İsmayılov (Müasir çıxan implantüstü protezlərin müxtəlif konstuksiyalari, onların tətbiqi), kollecin “Ortopedik stomatologiya” şöbəsinin müəllimləri Ruhiyyə Qulamova (Çıxan protezlərin növləri. Lövhəli, bügel, neylon, örtücü protezlər haqqında məlumat) və Ülkər Əliyeva (Yumşaq altlıqlı çıxan protezlərin tətbiqi və istifadəsi) mövzularında geniş və ətraflı çıxış ediblər.