Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində 12 dekabr ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dəyirmi masalar keçirilib.
Tələbə və müəllim heyətinin iştirakı ilə tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət kimi daxil olan ulu öndər Heydər Əliyevin şərəfli ömür yoluna, uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmasına, müstəqilliyi dövründə Azərbaycana layiqincə rəhbərlik etməsinə dair geniş məlumat verilib.