4 aprel 2025-ci il tarixində Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş “Autizmə fərqlı yanaşma” adlı konfrans keçirilib. Tədbirin əsas məqsədi autizm spektr pozuntusu (ASP) olan fərdlərə cəmiyyətin diqqətini yönəltmək, bu sahədə məlumatlılığı artırmaqdır.
Tədbir zamanı autizm spektr pozuntusunun xüsusiyyətləri, diaqnostik yanaşmalar, erkən müdaxilənin əhəmiyyəti və inklüziv təhsilin rolu kimi mövzular ətrafında geniş müzakirələr aparılıb. Tədbirin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılıb.