Edumall Preloader

“Dünya Azərbaycanlılarının Həmrəylik günü” Yeni il 2020 “Dünya Azərbaycanlılarının Həmrəylik günü” Yeni il 2020

Xəbərlər

“Dünya Azərbaycanlılarının Həmrəylik günü” Yeni il 2020 “Dünya Azərbaycanlılarının Həmrəylik günü” Yeni il 2020

2019.12.25 Kollecin akt zalında “Dünya Azərbaycanlılarının Həmrəylik günü” və Yeni il münasibətilə möhtəşəm bayram şənliyi keçirildi. Kollecin direktoru Dilarə Məmmədəliyeva tədbiri açaraq müəllim və tələbələri bayram münasibətilə təbrik etdi, onlara xoş arzularını bildirdi. Qeyd etdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.
Bayram tədbiri kollecin Tələbə Həmkarlar Təşkilatının hazırladığı şeir kompozisiyaları, rəqslər və mahnılarla davam etdi. 2019-cu ilin sentyabr-noyabr aylarında Respublika İdman Spartakiadalarında voleybol, basketbol, şahmat, dama üzrə idman növlərində iştirak edib I və II yerlərə laiq görülən tələbələr mükafatlandırıldılar. Bayram şənliyi hər kəsə böyük sevinc və yüksək əhval-ruhiyyə bəxş etdi.