“DÜŞMƏN HƏDƏFDƏ” devizi altında 26 fevral Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə rayon turniri Yasamal rayon ali və orta ixtisas təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatları nəzdində fəaliyyət göstərən “Vətənpərvərlik” klubları arasında keçirilib. 2 nömrəli Bakı Baza Tibb Kollecinin “Polad” komandası da turnirdə fəal iştirak edib.