Edumall Preloader

“Effektiv Kommunikasiya” Mövzusunda Təlimlər

photo_2025-05-19_14-59-24
Fotoqalereya Xəbərlər

“Effektiv Kommunikasiya” Mövzusunda Təlimlər

Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecində tələbələr üçün "Effektiv Kommunikasiya" mövzusunda silsilə təlimlər təşkil olunub.

Təlimlər müxtəlif qruplar üzrə interaktiv formatda keçirilib və sessiyalar zamanı vizual materiallar, təqdimatlar və slaydlar nümayiş etdirilib. Tələbələrin fəal iştirakı ilə baş tutan praktiki çalışmalar və müzakirələr zamanı komanda işinə əsaslanan maraqlı oyunlar və tapşırıqlar vasitəsilə iştirakçılar bir-biri ilə qarşılıqlı əməkdaşlıq etməyi və fikir mübadiləsi aparmağı öyrəniblər.

"Effektiv Kommunikasiya" təlimləri tibb sahəsində uğurlu peşəkar fəaliyyətin əsas şərtlərindən biri olmaqla, tələbələrdə xəstələrlə düzgün ünsiyyət qurmaq, komanda şəklində işləmək, tibbi məlumatı aydın və anlaşıqlı şəkildə çatdırmaq, fikirlərini düzgün ifadə etmək, həmçinin dinləmə və anlaşma mədəniyyətini inkişaf etdirmək bacarıqlarının formalaşdırılmasına xidmət edir.