Edumall Preloader

Ege Universitetinə işgüzar səfər

IMG-20241217-WA0029
Fotoqalereya Xəbərlər

Ege Universitetinə işgüzar səfər

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci ilə Ege Universiteti arasında əməkdaşlıq çərçivəsində Ege Universiteti Sağlamlıq Elmləri fakültəsinin dəvəti ilə kollecin direktoru D.Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İzmir şəhərində işgüzar səfərdə olub.
Nümayəndə heyəti ilə Ege Universiteti rektor müavini professor İlkin Şəngün, Ege Universiteti Sağlamlıq Elmləri fakültəsinin dekanı, professor dr.Esin Türfan, Mamalıq şöbəsinin müdiri, professor dr. Neriman Soğukpınar, Tibb bacısı fakültəsinin dekanı, professor Ayşegül Dönməz və digər rəhbər heyət arasında bir sıra görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycan Respublikası       Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci və Ege Universitetində mamalıq və tibb bacısı təhsilinin gücləndirilməsi və səmərəli əməkdaşlıq yolları, həmçinin tələbələr arasında qarşılıqlı əlaqənin qurulması barədə məsələlər müzakirə olunub. Nümayəndə heyəti Ege Universitetində tədris prosesi ilə tanış olub.
         Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin nümayəndə heyətinin və İzmir Xalq Sağlığı Xidmətləri Müdirliyindən professor dr.Mətin Qızılalmanın, fakültənin rəhbər heyətinin, müəllim və tələbələrin qatıldığı konfransda Dilarə Məmmədəliyeva, Esin Türfan və digər məruzəçilər Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin sarsılmazlığı, səhiyyə və tibb təhsili sahəsində əməkdaşlığın əhəmiyyəti haqqında çıxış edib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci ilə Türkiyənin Ege Universiteti arasında İkitərəfli əməkdaşlıq haqqında anlaşma protokolu imzalanıb.