Edumall Preloader

Ege Universitetində I-ci Beynəlxalq və mamalıq tarixi kongresi

408854436_18407051260044887_4631434461713134117_n
Xəbərlər

Ege Universitetində I-ci Beynəlxalq və mamalıq tarixi kongresi

Türkiyənin İzmir şəhərində 22-24 noyabr tarixlərində Ege Universitetində I-ci Beynəlxalq və mamalıq tarixi kongresi keçirilib. Təşkilatçıların dəvəti ilə bu kongresə dünyanın müxtəlif ölkələrindən, o cümlədən BƏƏ, İngiltərə Krallığı, İran İslam Respublikası, İndoneziya, Almaniya və.s. dövlətlərlə yanaşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza tibb Kollecinin Təkmilləşmə şöbəsinin mamalıq fənn müəllimləri İradə Mustafayeva və Günay Seyidova iştirak ediblər. Sözügedən tədbirdə müəllimlər Azərbaycanda Mamalıq Tarixi mövzüsunda çıxış edib. Mamalığın tarixi ilə bağlı kongres iştirakçılarına ətraflı məlumatlar verilib. Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci adından ixtisasca mamaça olan Yunusova Vüsalə tərəfindən çəkilən insan həyatının başlanma simvolun olan BALALI BUTA rəsmi Ege Universitetinə hədiyyə edilib. Tədbirin sonunda dəyirmi masa ətrafında Ege universitetinin dekan və müəllim heyyəti ilə mamalıq təhsilində yeniliklər haqqında fikir mübadiləsi aparılıb.