Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, nazirliyin 2 nömrəli Bakı Baza Tibb Kolleci, 1 nömrəli Bakı Tibb Kolleci, Gəncə Tibb Kolleci və Qazaxıstan Respublikası Qızılorda ali tibb kollecinin iştirakı ilə onlayn görüş keçirilib və “Elm, liderlik, könüllülük və süni intellektin tibb kolleci tələbələrinin hazırlanmasına inteqrasiyası” layihəsi müzakirə olunub.
Layihə çərçivəsində tələbələrin elmi fəaliyyətə cəlb olunması, liderlik və könüllülük bacarıqlarının inkişaf etdirilməsi, həmçinin süni intellekt texnologiyalarından istifadə bacarıqlarının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.