Edumall Preloader

Elmi konfrans

Elmi konfrans
Xəbərlər

Elmi konfrans

2019.05.15 “Yenidoğulmuşlara tibbi yardımın təşkili. Neonatal alqoritm və skrininq” adlı elmi konfrans keçirilmişdir. Mövzu kollecin “Pediatriya” fənn müəllimi İradə Əhmədova tərəfindən təqdim olunmuşdur. Elmi konfransda kollecin müəllim heyəti, tələbələri və təkmilləşmə şöbəsinin müdavimləri iştirak etmişdir. Konfransda təqdim olunan mövzu tibbin aktual problemlərinə həsr olunmuş və mühazirə iştirakçıları tərəfindən təqdirəlayiq qiymətləndirilmişdir. Mühazirənin gedişi zamanı dölün bətndaxili inkişafını əks etdirən video-çarx, anadangəlmə qüsurlara aid slaydlar, mulyaj üzərində təxirəsalınmaz yardımın nümayişi iştirakçılar tərəfindən maraqla izlənilmişdir. Konfransın sonunda məruzəciyə mövzuya aid suallar verilmiş və qənaətbəxş cavablar alınmışdır.