“Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” mövzusunda konfrans.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin akt zalında 24 may 2024-cü il tarixində "Sinir-ruhi xəstəliklər" fənn birləşmə komissiyası tərəfindən "Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!" mövzusunda konfrans keçirilib. Konfransda əsrin bəlası olan narkomaniyanın fəsadlarını geniş ictimaiyyətə çatdırmaq, onunla mübarizə yollarını araşdırmaq və təhsil müəsissələrində gəncləri maarifləndirmək məqsədilə mütəmadi olaraq antinarkomaniya mövzusunda seminarların təşkil olunmasının vacibliyi qeyd edilib, narkomaniya ilə mübarizə üzrə yeni strategiyaların və əməkdaşlıq yollarının araşdırıldığı vurğulanıb. Respublika Narkoloji Mərkəzinin narkoloq-psixologu Ramin Allahverdiyev aludəçiliklə bağlı diskursların aparıldığı bir dünyada narkomaniya və onun səbəb olduğu psixoloji, sosial, iqtisadi və mənəvi fəsadlar haqqında "Narkotik asılılıq və onun formalaşma mərhələləri" adlı təqdimatla çıxış edib. Sonda gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsi haqqında videoçarx nümayiş olunub.